111 ədəd üzük, 102 cüt sırğa, 41 ədəd boyunbağı, 38 ədəd qolbaq və 54 ədəd kulon... 111 ədəd üzük, 102 cüt sırğa, 41 ədəd boyunbağı, 38 ədəd qolbaq və 54 ədəd kulon...

Bakı-Moskva qatarının sərnişini gömrükçüləri mat qoydu

111 ədəd üzük, 102 cüt sırğa, 41 ədəd boyunbağı, 38 ədəd qolbaq və 54 ədəd kulon...

Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən külli miqdarda zərgərlik əşyalarını gömrük nəzarətindən gizlətməklə keçirməyə cəhd edən şəxs yaxalanıb.

Aznews.az xəbər verir ki, DGK-dən verilən məlumata görə, Yalama postunda Bakı-Moskva qatarında sərnişinin çantasına baxış zamanı gömrük nəzarəti zamanı bəyan edilməyən iki ədəd boxçanın içərisində 505 qram gümüş zərgərlik məmulatları - 111 ədəd üzük, 102 cüt sırğa, 41 ədəd boyunbağı, 38 ədəd qolbaq və 54 ədəd kulon aşkarlanıb.

Digər paketin tərkibində isə gömrük nəzarətindən gizlədilmiş 141 qram qızıl zərgərlik məmulatları-3 ədəd qolbaq, 1 ədəd boyunbağı, 2 ədəd üzük-sırğa dəsti və 1 ədəd kulon aşkar edilib.

Qeyd edək ki, həmin şəxs Azərbaycan Respublikası vətəndaşıdır.

Hal-hazırda faktla bağlı araşdırma aparılır.

AzNews.az