Azərbaycan 51-ci oldu- Pul reytinqi

Avstraliyanın Walk Free Foundation hüquq müdafiə təşkilatı ilk dəfə dünya qul reytinqini açıqlayıb. "Media forum" saytının məlumatına görə, oktyabrın 17-də açıqlanan reytinq 162 ölkəni əhatə edir.

İlk onluqda Mavritaniya, Haiti, Pakistan, Hindistan, Nepal, Moldova, Benin, Fil Dişi Sahili, Qambiya, Qabon dayanır.

Ən yaxşı vəziyyət isə İslandiya, İrlandiya, Böyük Britaniya, Danimarka, Finlandiya, Lüksemburq, Norveç, İsveç, İsveçrə və Yeni Zelandiyadadır.

Tədqiqatçılar Azərbaycanı 51-ci yerdə göstərib. Yaxın qonşulardan Rusiya 49-cu, Gürcüstan isə 50-ci pillədə dayanır.

Dünya qul reytinqini tərtib edənlər insanlarla mülkiyyət kimi davranış, kredit verənlərdən asılılıq, nikaha məcbur etmə kimi meyarları əsas götürürlər. Onların hesablamasına görə, hazırda dünya 29,8 milyon qul var.

AzNews.az