- Köhnə - İqtisadiyyat
- 17 Oktyabr 2013 16:09
- 2 009
iPlaza Bakıda yeni mağaza açdı - FOTO
Artıq yeni mağazanın açılış mərasimində Apple məhsulları üzrə bəzi xüsusi təkliflər və reklam məhsulları təqdim olundu.
"Biz Apple Premium Reseller yeni mağazasının açılmasına çox şadıq". Bu fikirləri mağazanın açılış mərasimində şirkətin təmsilçisi Anar Zeynalov bildirdi: "İndi müştərilər mağazamıza gələrək, Apple məhsullarının tam çeşidini və onların aksessuarlarını ala bilərlər. Biz ev və biznes istifadəçiləri üçün yüksək peronal xidmət təklif edirik. Bura məhsulların quraşdırılması və onlardan istifadənin öyrədilməsi də daxildir".
Yüksək kvalifikasiyalı mütəxəssislər mağazanın qonaqlarına Apple məhsullarının bütün innovasiyalarını, o cümlədən, unibody korpuslu MacBook-un funksional imkanlarını, ekoloji təhlükəsiz dizaynı, eləcə də 8 saatlıq istifadəyə imkan verən akkumulyator quraşdırılmış 17-düymlük MacBook Pro-nun imkanlarını izah etməyə həmişə hazırdırlar.
Mac-ın bütün yeni kompüterləri ILife `09 əlavəsi ilə birlikdə buraxılır. Bu əlavə fotoqrafiyalarla işləməyə, filmlərin yaradılmasına və musiqinin yrənilməsinə imkan verir.
Mağazanın qonaqları müxtəlif məhsulları test-drav etməklə praktiki təcrübə əldə edə biləcəklər. Bura iPodun yeni məhsulu - alüminium və şüşədən ibarət olan və 9 fərqli rəngdə təqdim edilən yeni eleqant dizaynlı və ən nazik iPod sayılan dördüncü nəsil iPod nano, eləcə də musiqi dinləmək, filmlərə baxmaq və oyunlar oynamaq üçün ideal olan ikinci nəsil iPod touch aiddir.
Apple Premium Resellers müştərilərə mütəxəssis məsləhətləri və xidmətlər təklif etməklə yanaşı, mağazada məhsulların nümayişini və onlardan istifadə üzrə təlim də təşkil edir.
Ruhiyyə
AzNews.az