Avropa banklarını İranla əlaqədə ittiham edirlər Avropa banklarını İranla əlaqədə ittiham edirlər

Daha altı bank Amerikanın qara siyahısında

Avropa banklarını İranla əlaqədə ittiham edirlər



ABŞ Avropa banklarının ölkəsindəki nümayəndəliklərində təftişlərə başlayıb. AzNews.az newsru.com saytına istinadən xəbər verir ki, səbəb bir çox Avropa banklarının İranla gizli əlaqələrinin olmasıdır. Maraqlısı isə odur ki, adı çəkilən banklar "qara qitənin" aparıcı ölkələrinə məxsusdur.

Məsələn Almaniyanın, ümumiyyətlə isə İttifaqın ən böyük banklarından biri olan Deutsche Bankda artıq yoxlamalara başlanılıb. ABŞ-lı maliyyəçilər iddia edirlər ki, adı çəkilən bankın Amerika nümayəndəliyi 2008-ci ildə İranla böyük maliyyə əməliyyatı aparıb. Bununla belə, əməliyyatın detalları və hansı məqsədlə edilməsi barədə məlumat verilməyib.

Bank isə iddialara cavab olaraq deyib ki, onlar hələ 2007-ci ildən İran, Suriya, Şimali Koreya və Sudanla bank əməliyyatlarını dayandırıblar.
Təftişlərin aparıldığı digər böyük banklara gəldikdə isə siyahı belədir: ABN Amro, Barclays, Credit Suisse, Loyds və İNG.

Xatırladaq ki, bundan əvvəl iki Britaniya bankı - HSBC və Standard Chartered İranla əlaqədə ittiham edilmiş, ikincisi 250 milyon dollar cərimələnmişdi.

Sadiq
AzNews.az
image description image description