Medvedyevdən tütün qadağası

Baş nazir tütün məhsullarının reklamının tamamilə dayandırılmasını təklif edir



Rusiyanın Baş naziri Dimitri Medvedyev yeni təşəbbüslə çıxış edib. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Medvedyev tütün məhsullarının reklamının tamamilə yığışdırılmasını təklif edir.

"İctimai yerlərdə siqaret çəkilməsini qadağan etməklə kifayətlənmək olmaz. Həm də tütün məhsullarının reklamını yığışdırmaq lazımdır. Eyni zamanda tütün məhsulları istehsalçılarına tətbiq olunan vergi kifayət qədər qaldırılmalıdır". O, həmin vergi ilə səhiyyənin vəziyyətini yaxşılaşdırmağı təklif edib.

Qeyd edək ki, Medmedyev bundan əvvəl sürücülərlə bağlı sərt tədbirlərin görülməsini təklif etmişdi. O, bildirmişdi ki, qanında 0.1 promil alkoqol olan sürücü içkili hesab edilməlidir.

Sadiq Musa
AzNews.az