Dövlət borclarına 780 milyon ayrılacaq

Dövlətin daxili və xarici borclarının idarə edilməsi, cəlb edilmiş kreditlər üzrə borc öhdəliklərinin vaxtında yerinə yetirilməsi istiqamətində aparılan işlər 2013-cü ildə də davam etdiriləcək. Həmçinin kreditlərin əsasən kredit alan təşkilatların öz vəsaitləri hesabına ödənilməsi üçün tədbirlər görüləcək.

Gələn il üçün nəzərdə tutulan büdcə layihəsinə əsasən, 2013-cü il dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı xərclər üçün 780,7 mln. manat ayrılması nəzərdə tutulur. Bu isə 2012-ci illə müqayisədə 468,3 mln. manat və ya 2,5 dəfə çoxdur. Bu vəsaitin 647,3 mln.manatı dövlətin xarici borclarına yönəldiləcək. Daxili borca xidmətlə bağlı xərclər üçün isə 133,3 mln. manat vəsait nəzərdə tutulub.

Elnarə Əlosmanqızı
AzNews.az