Banklarla bağlı mövcud vəziyyətdən sonra əhali əmanətlərini banklara yerləşdirməyə ehtiyat edir. Banklarla bağlı mövcud vəziyyətdən sonra əhali əmanətlərini banklara yerləşdirməyə ehtiyat edir.

Bank sistemimizin atributu – “Savadsızlıq, qeyri-peşəkarlıq və korrupsiya”

Banklarla bağlı mövcud vəziyyətdən sonra əhali əmanətlərini banklara yerləşdirməyə ehtiyat edir.


Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov AzNews.az-a deyir ki, son aylar əmanəti hansı banklara yerləşdirməklə bağlı ona daha çox sual ünvanlanır:



"Bu əsnada bilmişəm ki, bəziləri hələ də əmanətlərini manatda saxlayır. Bu, bir daha sübut edir ki, ölkəmizin ən böyük problemi təhsil problemidir. İkinci problemimiz də birincidən irəli gəlir. Bu, kadr problemidir. Bank sistemi də buna nümunədir. Əlbəttə, cari problemlər o cümlədən neftin qiyməti kimi obyektiv səbəblərdən də irəli gəlir. Lakin Mərkəzi Bankdan tutmuş kommersiya banklarınadək bank sisteminin əsas problemi kadr problemidir. Savadsızlıq, qeyri-peşəkarlıq və korrupsiya bank sistemimizin atributudur. İki eşşəyin arpasını bölə bilməyən oğruya pulunuzu etibar edərsinizmi? Bizim banklara da məhz bu gözlə baxın. Bu zaman həm də nəzərə alın ki, əmanətləriniz dövlət tərəfindən deyil, kimliyi və pulları necə idarə etdiyi naməlum olan hansısa Fond tərəfindən sığortalanıb. Həmin Fond da, bir qayda olaraq, müflis bankların əmanətlərini qaytarmaqdan yayınır. Banklar bir-bir çökdükcə yayınma halları artacaq".

Ekspertin sözlərinə görə, əhalinin əmanətinin kredit kimi başqalarına verildiyini nəzərə almalıdır:

"Həmin kreditlərin də çoxu indi problemlidir, yəni qaytarılmır. Bank krediti geri ala bilmirsə, əmanətinizi necə qaytaracaq? Buna baxmayaraq, elələri də var ki, deyirlər: əlbəttə, bilirəm ki, banklara etibar yoxdur, amma əlimdəki pulun bir hissəsini evdə saxlayıram, bir hissəsini isə banka qoymaq istəyirəm ki, hamısını birdən itirməyim. Məntiq ondan ibarətdir ki, yəqin, iki oğru (evi soyan oğru və bank) eyni vaxtda onu qarət etməz.Belələrinə deyirəm ki, hər şeyə rəğmən ən təhlükəsiz banklar yenə də dövlət banklarıdır – Beynəlxalq Bank və AzərTürkBankdır. Çünki dövlət onların götürdüyü əmanətlərinə görə cavabdehdir".

Ən təhlükəli banklar isə ölkədəki Rusiya banklarıdır:

"VTB və Nikoyl. Çünki Rusiyada vəziyyət bizdən də ağırdır, pul qıtlığı var. İstənilən anda pulunuz Rusiyaya gedə və qayıtmaya bilər. Bir sözlə, özünüzdən və pulunuzdan muğayat olun!".

Xalid