- Ermənistan və Gürcüstan
- 30 Noyabr 2018 14:46
- 3 668
İranda daha bir nəfər edam edildi

Edam bir neçə gün əvvəl icra edilib.
Güney Azərbaycanda qəsdən adam öldürməkdə ittiham edilərək ölümə məhkum edilmiş daha 1 nəfər edam olunub.
Edam bir neçə gün əvvəl icra edilsə də, ictimaiyyətin bu barədə məlumatlandırılması gecikdirilib.
Məlumata görə, Təbrizin mərkəzi həbsxanasında saxlanılan Sərab şəhər sakini Həsən Fəxri noyabrın 27-də həbsxananın həyətində dara çəkilib.
Bildirilir ki, buna qədər barəsində çıxarılmış ölüm hökmünün icrası üçün 3 dəfə edam meydançasına aparılsa da, naməlum səbəblərə görə hökmün icrası təxirə salınmışdı.
Edam edilən şəxsin məhkəmə prosesi barədə məlumat verilməyib.(teleqraf.com)
© AzNews.az