Yaşayış binasının damı uçdu: xəsarət alanlar var - FOTOLAR

Yaralılar xəstəxanaya yerləşdirilib.

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində güclü külək Çavçavadze küçəsində yerləşən 9 mərtəbəli binalardan birinin dam örtüyünü uçurub.

Nəticədə binanın yaxınlığından keçən iki nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, onların həyatlarına təhlükə olmadığı bildirilib.

Dam örtüyünün digər hissəsi yaxınlıqdakı iki avtomobilin üzərinə düşüb.

Batumidə güclü küləklə bağlı Fövqəladə Halların İdarə olunması Xidmətinə 11 məlumat daxil olub.

Gürcüstan Daxili İşlər Nazirliyi baş verən hadisə ilə bağlı istintaqa başlayıb. (report)

AzNews.az

image description image description