İki həftə öncə bu göstərici 900 nəfərdən çox olub. İki həftə öncə bu göstərici 900 nəfərdən çox olub.

750-yə yaxın insan xəstəxanalarda qripdən müalicə olunur - Gürcüstanda

İki həftə öncə bu göstərici 900 nəfərdən çox olub.

Gürcüstan xəstəxanalarında 750-yə yaxın insan qrip virusundan müalicə olunur.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

O deyib ki, iki həftə öncə bu göstərici 900 nəfərdən çox olub: “Ötən həftənin göstəricilərinə əsasən, 100 min sakinə 251 yoluxma halı düşür. İki həftə öncə bu göstərici 253 hal təşkil edib.

Yoluxma hallarında nisbətən azalma müşahidə olunur. Kəskin respirator virusa yoluxmalarla bağlı xəstəxanalara yerləşdirilmə 46 faizdən 26 faizə düşüb”.

A.Qamkrelidze qeyd edib ki, kəskin respirator virusa yoluxma ilə bağlı təcili tibbi yardıma müraciətlər Tbilisi də daxil olmaqla, bütün ölkə üzrə azalıb.

Qeyd edək ki, Gürcüstanda “donuz qripi” adlandırılan A (H1N1) virusundan 19 nəfər ölüb. (Report)