İran hakimiyyətinin etirazçılara qarşı təzyiqləri pislənilib. İran hakimiyyətinin etirazçılara qarşı təzyiqləri pislənilib.

İranla bağlı qorxunc hesabat...

İran hakimiyyətinin etirazçılara qarşı təzyiqləri pislənilib.

Beynəlxalq Əfv Təşkilatı İranda insan haqlarının vəziyyəti ilə bağlı yeni hesabatını yayımlayıb.

Hesabatda 2018-ci il İran İslam Respublikası üçün “utancverici il” adlandırılıb.

Hesabatda qeyd edilib ki, 2018-ci ilin əvvəllərində İranın 105 şəhərində yüz minlərlə insan tərəfindən yoxsulluğa, korrupsiyaya və hakimiyyətin təzyiqlərinə qarşı etiraz aksiyaları keçirilib.

İran hakimiyyətinin etirazçılara qarşı təzyiqləri pislənilib.

Qeyd edilib ki, 2018-ci ildə İranda 7 mindən çox insan həbs edilib. Həbs edilənlərin əksəriyyətini tələbələr, jurnalistlər, ətraf mühit fəalları, fəhlələr, hüquq müdafiəçiləri, qadın hüquq müdafiəçiləri, eləcə də milli və dini azlıqlardan olan fəallar təşkil edib.

Həbs edilənlərin 50 nəfəri jurnalistdir. Bildirilib ki, həbs edilən jurnalistlərdən 20 nəfəri ədalətsiz məhkəmələrdə mühakimə olanaraq ağır və uzunmüddətli həbsə məhkum edilib.

Həmin ildə İranın müxtəlif şəhərlərində həbs edilənlərin çoxuna şallaq cəzası verilib. Ən azı 26 dinc etirazçı hökumət qüvvələri tərəfindən öldürülüb.(teleqraf.com)

© AzNews.az