Hazırda Rəfi şəhərinin əsas meydanları su altındadır. Hazırda Rəfi şəhərinin əsas meydanları su altındadır.

İranda daşqına görə şəhər boşaldıldı

Hazırda Rəfi şəhərinin əsas meydanları su altındadır.

İranın cənubunda yerləşən Xuzistan vilayətinin Hüveyzə rayonunda Rəfi şəhəri sel və daşqınlar səbəbindən təxliyyə edilib.

Bunu Hüveyzə rayonunun qubernatoru Qasim Musəvi deyib.

Musəvinin sözlərinə görə, hazırda kömək üçün bəzi insanlar qalıb. Hərbi qüvvələr və sənaye şirkətləri şəhərin təxliyyə edilməsinə kömək ediblər.

Rəfi şəhəri sakinlərinin yerləşdirilməsi üçün Hüveyzə rayonunun eyniadlı şəhərinin məktəbləri, məscidləri nəzərdə tutulub.

Hazırda Rəfi şəhərinin əsas meydanları su altındadır. Avtomobillər çətinliklə hərəkət edir.(trend.az)

© AzNews.az