"Partiya daxilində tez-tez yeniliklər, yeni insanlar olmalıdır". "Partiya daxilində tez-tez yeniliklər, yeni insanlar olmalıdır".

Saakaşvili partiya rəhbərliyindən gedir

"Partiya daxilində tez-tez yeniliklər, yeni insanlar olmalıdır".

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili müxalif Vahid Milli Hərəkat partiyasının rəhbəri postundan istefa verəcək.

Buna səbəb onun partiyaya rəhbərlik etməsi üçün kifayət qədər vaxtının olmamasıdır.

“Partiya daxilində tez-tez yeniliklər, yeni insanlar olmalıdır. Buna görə partiyanın idarəolunmasında yeni prinsiplər yaratmaq lazımdır.

Birincisi, “Gürcü arzusu” partiyasının rəhbəri Bidzina İvanişvili məni ölkəyə buraxmamaq üçün əlindən gələni edir. İkincisi, bizim bəzi liderlər hazırda həbsdədirlər. Bütün bunlar bizim təşkilatın işinə maneəçilik yaradır. Bu məqamda partiyaya yeni rəhbər gətirilməsi vacibdir”, - deyə Saakaşvili yazıb.

O, bu postda Gürcüstan XİN rəhbəri Qriqor Vaşadzeni gördüyünü bəyan edib.(qafqazinfo.az)

AzNews.az