- Ermənistan və Gürcüstan
- 10 İyul 2019 09:01
- 2 679
Tbilisidə hərbi şəhərcikdə partlayış - Yaralılar var
Xəstəxanaya çatdırılan yaralıların vəziyyəti sabit qiymətləndirilir
Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Varketili qəsəbəsində yerləşən hərbi şəhərcikdə əl qumbarası partladılıb.
Yaşayış binalarının birində qeydə alınan partlayış nəticəsində üç nəfər müxtəlif bədən xəsarətləri alıb.
Xəstəxanaya çatdırılan yaralıların vəziyyəti sabit qiymətləndirilir.
Qumbaranı partladan şəxsin kimliyi müəyyən olunub və onun axtarışı istiqamətində intensiv tədbirlər həyata keçirilir.
Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin ağır qətl törətməyə cəhd etmə maddəsi üzrə cinayət işi açıb, istintaq aparılır.(report.az)
AzNews.az