Gürcüstanlı nazir Marneulidə azərbaycanlı gənclərlə görüşdü - FOTO

Sülh prosesində ictimai diplomatiya və vətəndaş iştirakı çox vacibdir

Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət naziri Ketevan Tsixelaşvili Marneulidə azərbaycanlı gənclərlə görüşüb.

Görüşdə gənclərə Gürcüstanın inkişafı, ölkənin sülh siyasəti barədə məlumat təqdim olunub.

Azərbaycanlı gənclər mövzu ilə bağlı fikirlərini bölüşüblər. Sonra K.Tsixelaşvili gəncləri maraqlandıran sualları cavablandırıb.

Dövlət naziri qeyd edib ki, hər bir vətəndaşın ölkənin həyata keçirdiyi sülh təşəbbüsləri barədə məlumatlı olması olduqca vacibdir. Belə görüşlər vaxtaşırı keçirilməlidir.

K.Tsixelaşvili deyib: “Mənim üçün gəncləri məlumatlandırmaqla yanaşı, onların fikirləri ilə tanış olmaq da çox əhəmiyyətlidir. Sülh prosesində ictimai diplomatiya və vətəndaş iştirakı çox vacibdir. Əksər hallarda maraqlı ideya və layihələr gənclər tərəfindən irəli sürülür”.

Görüşdə Marneuli şəhərinin meri Zaur Dargallı, Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət nazirinin rəsmi şəxsləri Eliso Lomidze və Ayaz Məmmədov da iştirak ediblər.

AzNews.az

image description image description