Ölkədə IR-6 tipli 30 sentrefuqa işə salınıb Ölkədə IR-6 tipli 30 sentrefuqa işə salınıb

İran uran istehsalını 10 qat artırdı

Ölkədə IR-6 tipli 30 sentrefuqa işə salınıb

ABŞ-la nüvə sazişindən çıxdıqdan sonra özünün nüvə öhdəliklərini azaldan İran son 2 ay ərzində uran istehsalını 10 qat artırıb.

AzNews.az-ın İran mediasına istinadən verdiyi məlumata əsasən, bu barədə respublikanın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib.

“Üçüncü addıma qədər uran istehsalı (nüvə öhdəliklərinin azaldılması üzrə) günə 450 qram idi, hazırda isə günə 5 min qramı ötüb”, - deyə Salehi bildirib.

Onun sözlərinə əsasən, ölkədə eləcə də IR-6 tipli 30 sentrefuqa işə salınıb, halbuki əvvəllər onların sayı 20 idi.

AzNews.az