"Qapıları bağlamaq yox, açmaq hünərdir" "Qapıları bağlamaq yox, açmaq hünərdir"

Ruhanidən sarsıdıcı etiraf: İranda pul qurtardı, ağır günlər yaşayırıq

"Qapıları bağlamaq yox, açmaq hünərdir"

İran 1979-cu ildə baş verən çevrilişdən bəri ən ağır günlərini yaşayır.

AzNews.az xəbər verir ki, bunu İranın prezidenti Həsən Ruhani Kirman vilayətində rəsmilərlə görüşündə çıxış edərkən deyib.

O, İranın normal şərtlərə malik olmadığını və çox ağır dövrlərdən keçdiyini bildirib.

“Çevrilişdən bəri ən ağır günləri və ayları yaşayırıq. Bu vaxta qədər neft satışı və neft tankerinin hərəkətində bu qədər problemlə qarşılaşmamışdıq”.

Ruhani 2011-2012-ci illərdə sanksiya tətbiq edildikdən sonra neft satışının 1 milyon barelə qədər azaldığını, ancaq nüvə razılaşmasından sonra 2 milyon 800 min barelə qalxdığını xatırladaraq bildirib:

"İqtisadiyyatdan başı çıxmayanlar “nefti satmasaq da olar, qapısını kilidləyib, sonra yenə satarıq, mədənçilik və əkinçilik fəaliyyətlərini də dayandıra bilərik, sonra davam edərik” deyə bilər. Ancaq qapıları bağlamaq yox, açmaq hünərdir. Quyuları yenidən aktivləşdirmək üçün nüvə razılaşmasından sonra 800 milyon dollar xərclədik”.

İran prezidenti sadəcə idxal üçün ildə təxminən 60 milyard dollar lazım olduğunu, vergilərin ölkəni idarə etmək üçün lazım olan pulun 30%-ni təşkil etdiyini və nefti sata bilməyəcəkləri təqdirdə qalan 70%-i təmin etmək üçün maliyyə qaynağının olmadığını bildirib.

Ruhani dünya ilə əlaqə qurulmayacağı təqdirdə İranın tənhalaşacağını bildirib və vurğulayıb ki, buna görə bütün dünya ilə danışıqlar aparılır və milli mənafeləri üçün istənilən danışıq masasına oturacaqlar.

Pərvanə

AzNews.az