İrandakı son zəlzələdə zərərçəkənlərin sayı artıb

Bu barədə Xoy Tibbi Elmlər Universitetinin rəhbəri bildirib

İranın Qərbi Azərbaycan ostanının Xoy bölgəsində dünən baş verən iki zəlzələdən zərərçəkənlərin sayı 104-ə çatıb.

AzNews.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Xoy Tibbi Elmlər Universitetinin rəhbəri bildirib.

Bununla yanaşı, Xoy və Səlmas bölgələrindəki 43 yaşayış məntəqəsinin müxtəlif dərəcədə dağıntılara məruz qaldığı da qeyd olunub.

Xatırladaq ki, yeraltı təkanlar nəticəsində Türkiyə ərazisində 9 nəfər ölüb, azı 50 nəfər də xəsarət alıb.