Bunu ölkənin Səhiyyə naziri Kianuş Cahanpur deyib Bunu ölkənin Səhiyyə naziri Kianuş Cahanpur deyib

İranda koronavirusla bağlı son vəziyyət açıqlandı

Bunu ölkənin Səhiyyə naziri Kianuş Cahanpur deyib

İranda son sutka ərzində daha 1 787 nəfərdə koronavirus aşkarlanıb, 57 nəfər vəfat edib.

AzNews.az bildirir ki, bunu ölkənin Səhiyyə naziri Kianuş Cahanpur “IRINN” telekanalının efirində deyib.

Onun sözlərinə görə, bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 139 511-ə, bu virusdan ölənlərin sayı 7 508-ə yüksəlib.

Bundan əlavə, 109 437 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb.