ABŞ-da insanın polis tərəfindən öldürülməsi faktı aşkar şəkildə ortada olduğu halda heç bir Avropa dövləti nədənsə səsini çıxarmır ABŞ-da insanın polis tərəfindən öldürülməsi faktı aşkar şəkildə ortada olduğu halda heç bir Avropa dövləti nədənsə səsini çıxarmır

İran Avropanı kəskin tənqid etdi

ABŞ-da insanın polis tərəfindən öldürülməsi faktı aşkar şəkildə ortada olduğu halda heç bir Avropa dövləti nədənsə səsini çıxarmır

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Avropa dövlətlərini ikili standartlar siyasətindən çıxış etmələrinə görə kəskin tənqid edib.

AzNews.az xəbər verir ki, M.C.Zərif ABŞ şəhərlərində baş verən etiraz aksiyalarında polisin insanlara qarşı qəddar davranmasına Avropa İttifaqının göz yumduğunu bildirib. Nazir qeyd edib ki, dünyanın üçüncü ölkələrində polisin kiçik bir yanlışlığı olarsa, Avropa dövlətləri bir-birinin ardınca bəyanatlar yağdırıb, həm dövləti insan hüquqlarını pozmaqda ittiham edəcək, onu sanksiyalarla hədələyəcəklər. Lakin ABŞ-da insanın polis tərəfindən öldürülməsi faktı aşkar şəkildə ortada olduğu halda heç bir Avropa dövləti nədənsə səsini çıxarmır.

M.Z.Zərif özünün “Twitter” hesabinda yazıb ki, əgər Avropa ABŞ-da baş verənlərə qarşı susursa, onda ağzını və gözünü həmişəlik bağlamalıdır. Gələcəkdə hər hansı bir ölkədə insan hüquqlarının pozulmasından söhbət gedərsə, Avropa dövlətlərinin buna münasibət bildirmək üçün haqları çatmayacaq.

Qeyd edək ki, ABŞ-da qaradərili Corc Floydun polis tərəfindən şübhəli bilinərək saxlanılması zamanı ölməsi kütləvi etiraz aksiyalarına səbəb olub. Polis bu aksiyalar zamanı da qəddar davranış nümayiş etdirib.