İranda 83 nəfər ölüb

24 saat ərzində 6 485 nəfər koronavirisa yoluxub

İranda ötən sutka ərzində 83 nəfər koronavirusdan (COVID-19) ölüb.

Məlumata görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 56 621 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 485 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 318 295 nəfərə çatıb. Virus daşıyıcılarından 4 415 nəfərin vəziyyəti ağırdır.
Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 107 011 nəfər koronavirusdan sağalıb.

İranda indiyədək 8,42 milyondan çox diaqnoz testi həyata keçirilib.

AzNews.az