- Ermənistan və Gürcüstan
- 8 Yanvar 2022 18:30
- 5 805
Gürcüstan Prezidenti Qazaxıstandakı vəziyyətə münasibət bildirib
Salome Zurabişvili mövcud vəziyyətdən dərin narahatlıq ifadə edib
Gürcüstan Prezidenti Salome Zurabişvili Qazaxıstanda mövcud vəziyyətdən dərin narahatlıq ifadə edib.
Aznews.az xəbər verir ki, o, bu barədə tviter hesabında yazıb.
“Gördüyümüz zorakılığı qınayıram və gərginliyin tezliklə azalacağına ümid edirəm. Mülki şəxslərin hüquqları və təhlükəsizliyi qorunmalıdır. Bizim hamımıza qlobal sabitlik, sülh və təhlükəsizliyi möhkəmləndirmək lazımdır”, - dövlət başçısı yazıb.