İran lideri Xamenei referendum təkliflərinə qarşıdır

İran lideri Ayətullah Əli Xamenei ölkədəki problemlərlə bağlı bəzi qrupların zaman-zaman gündəmə gətirdiyi referendum təkliflərinə qarşı çıxıb.

Aznews.az xəbər verir ki, İran dövlət televiziyasının xəbərinə görə, Xamenei dünən axşam saatlarında ölkə üzrə tələbə birliklərinin nümayəndələrini qəbul edib.

Ölkənin müxtəlif məsələlərinin həlli üçün referendum keçirilməsi ilə bağlı zaman-zaman ortaya çıxan tələblər barədə suala Xamenei: “Ölkənin bir neçə məsələsi referendumun mövzusu ola bilməz, çünki hər referendum 6 il ərzində bütün ölkəni əhatə edir. Həmçinin dünyanın harasında bütün məsələlərlə bağlı referendum keçirirlər?" ,-deyə qeyd edib.

Mövsüm