- Köhnə - Kriminal
- 14 Noyabr 2012 11:55
- 2 609
FTX əməkdaşı öldürüldü

Maskalı şəxslər onu öz evində qətlə yetiriblər
Dağıstanda Hüquq Mühafizə orqanı əməkdaşı öldürülüb. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, qətl hadisəsi FTX əməkdaşının Xasavyurtdakı mənzilində törədilib.
Belə ki, maskalı və silahlı şəxslər evə daxil olaraq 42 yaşlı FTX əməkdaşını öldürdükdən sonra mənzildə olan pulu və avtomobili götürərək, hadisə yerindən uzaqlaşıblar.
Qeyd edək ki, Dağıstanda güc strukturu əməkdaşlarına qarşı zorakılıq artıq adi hal alıb.
Sadiq Musa
AzNews.az