- Köhnə - Kriminal
- 21 Sentyabr 2016 17:14
- 13 828
Rusiyada “qanuni oğru” yanaraq öldü - Kişi monastrında yaşayırmış
Ötən gün Rusiyanın Çelyabinsk vilayətində “qanuni oğru” Vladimir Şaşkin yanaraq ölüb.
AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, 63 yaşlı keçmiş "qanuni oğru" İstrut meşəsində baş verən yanğın nəticəsində vəfat edib. Kriminal aləmdə daha çox Çaykovski ləqəbi ilə tanınan keçmiş "qanuni oğru" qədim "oğru" ənənələrinin qoruyucusu olub.
Qeyd edək ki, dəfələrlə həbs olunan Şaşkin 2000-ci ildə azadlığa çıxdıqdan sonra "oğru dünyası"ndan tamamilə uzaqlaşıb. Bundan sonra o, özünü Allaha xidmət etməyə yönəldib. Qroznıda provoslav kilsəsi açıldıqdan sonra Şaşkin baş keşişdən burada xidmət etmək üçün icazə alıb. Çaykovski son illərini İstrut kəndində kişi monastrında keçirib. O, ölümündən sonra monastrın qəbristanlığında dəfn olunmağı vəsiyyət edib.
Aydan