Real Madridin ulduz futbolçusu Ceyms Rodrigezin quldurlarla başı dərddədir. Futbolçunun Kolumbiyada yaşayan anası Pilar Ribio, sosial şəbəkədəki hesabında etdiyi paylaşmada oğlunun ölümlə təhdid edildiyini yazıb. Real Madridin ulduz futbolçusu Ceyms Rodrigezin quldurlarla başı dərddədir. Futbolçunun Kolumbiyada yaşayan anası Pilar Ribio, sosial şəbəkədəki hesabında etdiyi paylaşmada oğlunun ölümlə təhdid edildiyini yazıb.

“Səni izləyirik” - Ulduz futbolçu ölümlə təhdid olunur

Real Madridin ulduz futbolçusu Ceyms Rodrigezin quldurlarla başı dərddədir. Futbolçunun Kolumbiyada yaşayan anası Pilar Ribio, sosial şəbəkədəki hesabında etdiyi paylaşmada oğlunun ölümlə təhdid edildiyini yazıb.


AzNews.az "Sabah" qəzetinə istinadla xəbər verir ki, oyunçu ilə internetdən əlaqə yaradan mafiya qrupunun: "Evinə silahlanaraq gəlib, sevdiklərini səndən ayıracam" , "Ceyms öləndən sonra necə görünür" kimi mesajlar göndərdikləri ortaya çıxıb.

Bundan başqa içi silah və mərmilərlə dolu olan bir qutu da göndərilib. Qutunun içərisində ulduz futbolçunun adı ilə birlikdə "Səni izləyirik" mesajı yazıldığı görülüb. Ceyms Rodrigez hazırda Kolumbiya Milli Komanda bazasındadır.

image description