Xaçmaz polisi mal-qara oğurluğu ilə məşğul olan şəxsləri ifşa edib. Xaçmaz polisi mal-qara oğurluğu ilə məşğul olan şəxsləri ifşa edib.

Xaçmazda mal-qara oğruları saxlanıldı

Xaçmaz polisi mal-qara oğurluğu ilə məşğul olan şəxsləri ifşa edib.

AzNews.az Report-a istinadən xəbər verir ki, rayonun Pirquluoba kəndindən oğurluq edən 2 nəfər polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində tutulub.

Oğurluq edənlərdən biri - Hüseynov İsrafil Tofiq oğlu Xaçmaz rayon sakini, digər şəxs - Şahbazov Asif Beykəs oğlu isə Xudat qəsəbə sakinidir.

İşi araşdıran polis kapitanı, müstəntiq Sahil Tağıyevin sözlərinə görə, onlar bir neçə vaxtdır ki, bu işlə məşğul olublar. Sonuncu oğurluq hadisəsi 2016-cı il dekabrın 25-dən 26-a keçən gecə baş verib.

Bu vaxta qədər dəstə tərəfindən hələlik istintaqa məlum olan hər bir evdən 1 baş mal-qara olmaqla, 3 evdən oğurluq edildiyi müəyyən olunub. Zərərçəkmişlərdən hələlik kənd sakini Abdurrəhmanov Şafqat Binaliyeviçin adı istintaqa məlumdur. Dəymiş ziyanın məbləği istintaq tərəfindən araşdırmalar nəticəsində məlum olacaq.

Faktla bağlı istintaq hərəkətləri davam etdirilir.