- Köhnə - Kriminal
- 29 Dekabr 2016 21:49
- 10 176
Bakıda mənzildən 21 yaşlı qadın meyiti tapılıb
FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
AzNews.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1995-ci il təvəllüdlü Acalova Nərmin Faiq qızının meyitini aşkar edərək aidiyyəti üzrə təhvil verib.
Əməliyyat saat 18:49-da başa çatıb.