- Köhnə - Kriminal
- 9 Noyabr 2017 11:05
- 5 499
Bakıda qonşusunu güllələyən şəxs həbsdə ölüb
Bakıda məhkum ölümü baş verib.
APA-nın məlumatına görə, Penitensiar Xidmətin müalicə müəssisəsində saxlanılan 1957-ci il təvəllüdlü Hacıqulu Hacıağa oğlu Səlimov xəstəlikdən ölüb.
Qeyd edək ki, Bakı şəhər sakini H. Səlimov 2010-cu ildə qanunsuz gəzdirdiyi tapança ilə qonşusunu güllələdiyi üçün azadlıqdan məhrum edilibmiş.
AzNews.az