Rusiyada keçirilən əməliyyatda 4 azərbaycanlı saxlanıldı Rusiyada keçirilən əməliyyatda 4 azərbaycanlı saxlanıldı

Nurçulara qarşı xüsusi əməliyyat keçirildi

Rusiyada keçirilən əməliyyatda 4 azərbaycanlı saxlanıldı



Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində aralarında azərbaycanlıların da olduğu dini qruplaşma üzvləru həbs edilib. Həbs edilənlərin nurçular olduğu bildirilir.

"İTAR-TASS" ın məlumatına görə, Rusiyada nurçuluğun qadağan edilməsinə baxmayaraq, bu dini qruplaşma son zamanlar fəallıq nümayiş etdirir. Saxlananlardan 5 nəfəri Rusiya, 4-ü Azərbaycan və bir nəfəri isə Türkmənisran vətəndaşıdır.

Sankt-Peterburqda saxlananların yaşayış yerinə baxış zamanı rus və türk dilində ekstremist ədəbiyyat tapıldığı xəbər verilir.


Elnarə Əlosmanqızı
AzNews.az