Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 121 cinayət faktı qeydə alınıb, onların da 32-si “isti izlər”lə açılıb. Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 121 cinayət faktı qeydə alınıb, onların da 32-si “isti izlər”lə açılıb.

Dünən 121 cinayət faktı qeydə alınıb

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 121 cinayət faktı qeydə alınıb, onların da 32-si “isti izlər”lə açılıb.

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, axtarışda olduğuna görə 58 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.