- Köhnə - Kriminal
- 30 Yanvar 2018 16:30
- 7 996
Sərhəddə narkotik maddələr aşkarlandı - Foto
Dövlət Sərhəd Xidməti tərəfindən qanunsuz narkotik maddələr aşkar olunub.
Qurumdan verilən məlumata görə, yanvar ayının 18-də dövlət sərhədinin mühafizəsi tapşırıqlarını yerinə yetirən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi tərəfindən Xəzər dənizində Astara rayonu istiqamətində sahildən 7,4 mil məsafədə su səthində kustar üsulla düzəldilmiş buy (işarəverici üzücü nişan) müşahidə olunub, buya baxış zamanı 1 ədəd bağlamada 980 qram marixuana, 1415 qram həşiş aşkar edilib.
Baxış zamanı bağlamalarda 2,9 kq tiryək, 550 qram heroin və 100 qram metafitamin tapılıb.
AzNews.az