Polis şöbəsində dindirilən kişi özünü 3-cü mərtəbədən yerə atdı - Yenilənib

Tovuz Rayon Polis Şöbəsində dindirilmə zamanı özünü 3-cü mərtəbədən atan şəxslə bağlı bir sıra təfərrüatlar məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, bu gün saat 17 radələrində polis şöbəsində dindirilən rayon sakini, 48 yaşlı Tofiq Şükürovun narkotik vasitə istifadəçisi olduğu bildirilir.

İlkin məlumata görə, hadisə baş verən zaman T.Şükürov narkotik vasitənin təsiri altında olub.

Hazırda xəstəxanada müalicə olunan yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

18:10

Tovuz rayon Polis Şöbəsində dindirilən şəxs özünü pəncərədən yer atıb.

APA-nın məlumatına görə, rayon sakini 1970-ci il təvəllüdlü Şükürov Tofiq Feyruz oğlu Polis Şöbəsində dindirilən zaman 3-cü mərtəbədən özünü yerə atıb.

Ağır bədən xəsarətləri alan T. Şükürov xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az