- Köhnə - Kriminal
- 8 Mart 2018 19:55
- 4 701
Daşkəsən sakini özünü asdı
Daşkəsən rayonunda intihar hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 1991-ci il təvəllüdlü İlkin Mirşahin oğlu Həsənov özünü yaşadığı evin eyvanında asıb.
Yaxınları onun intihar etməzdən əvvəl sərxoş olduğunu bildirib.
Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125.1-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
AzNews.az