30 yaşlı qadın sirkə turşusu içdi - Yenilənib

Lənkəran sakini intihara cəhd edib.

"Report"un Cənub bürosu xəbər verir ki, 1988-ci il təvəllüdlü Darquba kənd sakini Abbasova Zülfiyyə Qəribəli qızı ailə-münaqişəsi zəminində həyat yoldaşı ilə mübahisə edib.

Atasının evinə gələn qadın axşam saatlarında sirkə turşusu içərək özünü öldürmək istəyib.

O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Qadının vəziyyətinin ağır olduğu bildirilir.

***

21:48

Lənkəran sakini intihara cəhd edib.

"Report" xəbər verir ki, şəxsiyyəti hələ müəyyənləşdirilməyən 30 yaşlı qadın sirkə turşusu içib.

O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

AzNews.az