- Köhnə - Kriminal
- 13 Mart 2013 16:39
- 2 935
Bakıda doğranmış qadın meyiti tapıldı
 
            Bu gün Bakı şəhərinin Binəqədi rayonunda bədəninin müxtəlif hissələri kəsilmiş qadın meyiti tapılıb
Binəqədi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Baksol qəsəbəsində zibillikdən tapılan qadın meyitinin qol və ayaqları ayrı-ayrılıqda aşkarlanıb. Qadının başı isə tapılmayıb.
Dərhal fakt üzrə əməliyyat qrupu yaradılıb. Hazırda dəhşətli cinayətin kim və ya kimlər tərəfindən törədilməsi və s. araşdırılır.
AzNews.az
 
                 
                             
                             
                             
                             
                             
                            