- Köhnə - Kriminal
- 30 May 2018 16:28
- 7 927
Ata və oğlu bıçaqlandı
Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, rayonun Sabirabad kənd sakinləri - 1946-cı il təvəllüdlü Vəliəhd Əziz oğlu Əliyev və onun oğlu, 1980-ci il təvəllüdlü Babək Əliyev mübahisə zəminində bıçaqlanıb.
Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az