Narkotik bitkilər becərən şəxs iş başında tutuldu - Fotolar

Qaxda narkotik tərkibli bitkilər becərən şəxs iş başında tutulub.

DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Qax Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb. RPŞ-yə daxil olmuş məlumat əsasında Qax rayonu Tasmalı kənd sakini Ümidvar Yusifovun kəndin ərazisindəki bağ sahəsində əməliyyat-axtarış tədbiri keçirilib. Tədbir zamanı Ümidvar Yusifov bağ sahəsində əkdiyi çətənə kollarına qulluq edərkən yaxalanıb. Polis əməkdaşlarının həmin əraziyə baxış keçirdikləri zaman oradan 310 ədəd narkotik tərkibli bitki hesab edilən çətənə bitkisi kolları aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ilkin ifadəsində narkotik vasitəni satmaq məqsədilə əkdiyini bildirib.

Faktla bağlı Qax RPŞ-də araşdırma aparılır.

AzNews.az

image description image description