Paytaxt ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən yaxalanıblar. Paytaxt ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən yaxalanıblar.

Maşınlardan oğurluq edənlər ələ keçdi

Paytaxt ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən yaxalanıblar.

DİN-dən verilən məlumata görə, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 3 avtomobildən pul, kosmetik əşyalar və yan güzgüləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Oleq Larkov saxlanılıb.

Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini S.Rəsulova məxsus “VAZ-2107” markalı avtomobildən 349 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Seymur Əsədov saxlanılıb.

Qeyd edilən faktlarla bağlı rayon polis idarələrində araşdırmalar aparılır.

AzNews.az