“Ded Xasanın” adamları rəqiblərini şil-küt elədilər “Ded Xasanın” adamları rəqiblərini şil-küt elədilər

“Qanuni oğrular” arasında sillə-təpik davası – SXODKADA

“Ded Xasanın” adamları rəqiblərini şil-küt elədilər



Rusiya paytaxtı Moskvanın qərbində "qanuni oğru"ların "sxodka"sı dava ilə başa çatıb. Bu barədə məlumatı "Praym-Kraym" yayıb. Məlumatda bildirilir ki, "Ded Xasan"ın klanına daxil olan "qanuni oğru"lar - Qela və Qizo Kardava, Merab Mzarelua, Roland Qeqeçkori, Timir Sverdlovski, Mironçik, Vasi Voskres, Dato Krasnodarski və Niki Qaqrinski onlarla münasibəti normal olmayan Eduard Asatryanı söhbətə dəvət edib. O, dəvətə oğlu Sergey, Quram Çixladze və Romik Cəfərovun müşayiəti ilə qatılıb. Romik Cəfərovun "sxodka"ya qatılması onun üçün xoşagəlməz sonluqla başa çatıb. Hər iki tərəfin mühafizəçiləri "sxodka" otağına daxil olmadıqlarına görə münasibətləri "qanuni oğru"lar özləri aydınlaşdırmalı olub.

Qarşı tərəfin "sxodka"ya bəzi dairələrdə "qanuni oğru" kimi qəbul edilməyən R.Cəfərovla gəlməsi münasibətləri bir qədər də gərginləşdirib. Xatırladaq ki, Ermənistandan olan kürd əsilli Romik Cəfərov (kriminal aləmdə daha çox "Kürd" ləqəbi ilə tanınır) bundan əvvəl bir dəfə də döyülməsi və "qanuni oğru" titulunun Ded Xasanın klanı tərəfindən geri alınması ilə gündəmə gəlmişdi.

Qüvvələr qeyri-bərabər olduğuna görə, Ded Xasanın klanı davada qalib gəlib.

Sayt bildirir ki, döyüş zamanı Qela gürcü dilində qışqıraraq onlarla anlaşmalarını xatırladırmış. Davada yalnız Vasya Voskresin iştirak etmədiyi, kənarda baş verənləri müşahidə etdiyi bildirilir.

Gecə saat 3-də başa çatan dava ilə bağlı oğru aləmində fikirlər haçalanıb. Suxumi, Kutaisi və Tbilisidən olan "qanuni oğru"lar Eduardın müdafiəsinə qalxıblar. Buna görə də Avropada yaşayan oğru klanlarının davada günahı olan şəxsləri cəzalandıracağı gözlənilir.

Elnarə Əlosmanqızı
AzNews.az

image description image description