Sumqayıtda həyat yoldaşını baltalayan şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Famil Abduləzimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, F. Abduləzimov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.