Hadisə Kiyevdə milli zəmində yaranmış mübahisə zəminində baş verib. Hadisə Kiyevdə milli zəmində yaranmış mübahisə zəminində baş verib.

Ermənilər azərbaycanlı iş adamına hücum etdilər- Yenilənib

Hadisə Kiyevdə milli zəmində yaranmış mübahisə zəminində baş verib.



Ukraynada bir qrup erməni azərbaycanlı iş adamını vəhşicəsinə döyüb. APA-nın məlumatına görə, əslən Masallı rayonundan olan iş adamı Elşən Azad oğlu Əzimov dünən axşam saat 19.00 radələrində Kiyev şəhərinin Bravarskoy şossesində ermənilərin hücumuna məruz qalıb.

Hazırda çətinliklə danışan iş adamı deyib ki, ona Ermənistandan olan, özünü qondarma "Dağlıq Qarabağın vətəndaşı" kimi təqdim edən Mıçak və Samvel Xıdıryan qardaşları, onların tanışı Armen Petrosyan və bir neçə maskalı şəxs hücum edib. İş adamının bildirdiyinə görə, hadisə etnik zəmində baş verib.

E. Əzimov onu da əlavə edib ki, Xıdıryan qardaşları çirkli pulların daşınması, qaçaqmalçılıq kimi əməllərlə məşğul olmaqla məşhurdurlar: "Onlarla bir neçə dəfə etnik zəmində mübahisələrimiz olub. Özlərini Dağlıq Qarabağa aid şəxs kimi təqdim eləmələrinə etirazımı bildirmişəm. Dünən axşamüstü isə şosse kənarında şərikimlə söhbət etdiyim zaman yanımızda maşınlar dayandı. Bu şəxslər bir neçə maskalı ilə maşından düşüb, mənə hücum çəkdilər, yanımdakı şəxs qaçıb getdi. Azərbaycanlıları təhqir edə-edə məni ölümcül döydülər, sonuncu zərbəni isə çəkiclə vurublar. Huşumu itirmişəm, öldüyümü zənn edib gediblər. Burda deyilənə görə, bir müddət sonra yerli sakinlərdən məni görən olub, təcili tibbi yardımla yaxınlıqdakı xəstəxanaya gətirilmişəm".

Həkimlərin bildirdiyinə görə, E. Əzimov ağır kəllə-beyin travması alıb.

Hadisə barədə Kiyev şəhər hüquq-mühafizə orqanları, həmçinin Azərbaycan və Ermənistanın Ukraynadakı səfirlikləri məlumatlandırılıb. Bu gün Ukraynada fəaliyyət göstərən Ukrayna Azərbaycanlılar Konqresinin (UAK) sədri Rövşən Tağıyev yaralıya baş çəkib.



***14:48

Milliyətcə erməni olan bir nəfər azərbaycanlını balta ilə vurub Hadisə dünən saat 19 radələrində Kiyevdə baş verib.

Belə ki, Dağlıq Qarabağdan olan erməni Xıdıryan Misak Adenosoviş Masallı rayonunun Bədalan kəndindən olan Əzizov Elşən Azad oğlunu balta lə doğrayıb.

Məlumata görə, bir gün əvvəl onların arasında milli zəmində mübahiə düşüb. Hadisədən bir gün sonra Misak Xıdıryan balta götürərək Elşən Əzizovu evinin yanında arxadan hücum edərək balta ilə başından zərbə endirib.

Hazırda həmyerlimiz Kiyev şəhər xəstəxanasının reanimasiya palatasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin olduqca ağır qiymətləndirir. (anspress)

AzNews.az