HƏBSXANADA DAHA BİR İŞGƏNCƏ FAKTI HƏBSXANADA DAHA BİR İŞGƏNCƏ FAKTI

Mədət Quliyevin rəisi işdən çıxarmasının gizlinləri - TƏFƏRRÜAT

HƏBSXANADA DAHA BİR İŞGƏNCƏ FAKTI



Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Arif Mirzəyevin tutduğu vəzifədən azad edilməsinin təfərrüatları bəlli olub. Belə ki, rəisin vəzifəsini itirməsi mayın 19-da cəzaçəkmə müəssisəsində baş verən hadisə ilə bağlı olub.

Hüquq müdafiəçisi Səyarə Heydərova AzNews.az-a bildirib ki, həmin gün həbsxanada məhbuslardan biri özünə xəsarət yetirib: "Zamanov İlqar Qərib oğlu döyülərək "kars"a salınıb. O da "kars"da lampanı sındıraraq özünə xəsarət yetirib. Bu hadisəsən sonra Ombudsman Aparatına, Xəzər rayon prokurorluğuna müraciət etdim. Mayın 20-də cəzaçəkmə müəssisəsində araşdırmalar başladı. Nəticədə rəis vəzifəsindən azad edildi".

Hüquq müdafiəçisi qeyd edib ki, bu artıq son zamanlarda cəzaçəkmə müəssisəsində dəyişdirilən 3-cü rəis olub.

Xatirladaq ki, Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Arif Mirzəyev tutduğu vəzifəsindən azad edilməsilə bağlı xəbər bu gün yayılıb.

Elnur
AzNews.az