Yaralı xəstəxanaya aparılarkən ölüb Yaralı xəstəxanaya aparılarkən ölüb

20 yaşlı gənc ürəyindən vuruldu

Yaralı xəstəxanaya aparılarkən ölüb




Ötən gün Hacıqabulda qətl hadisəsi olub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 25 yaşlı Mehman Abdullayev münaqişə zəminində həmyerlisi 20 yaşlı Nizami Zalovu bıçaqla qətlə yetirib.

Mehman bıçağı həmyerlisinin ürəyinə sancıb. Nəticədə ürəyi yarılan 20 yaşlı gənc xəstəxanaya aparılarkən ölüb. Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Abdullayev tutulub.

AzNews.az