Azərbaycanlı “qanuni oğru” “sxodka”da tutuldu- TƏFƏRRÜAT

Moskvada "Taras Bulba" restoranında keçirilən "sxodka"ya polis basqın edərək azərbaycanlı "qanuni oğru" "Rəşad Gəncinski" də daxil olmaqla bir neçə nəfəri saxlayıb.

AzNews.az xəbər verir ki, saxlananlar Gela Kardavanın klanına daxil olublar.

Onların arasında 42 yaşlı Mamuka Çkadua, Gelanın 35 yaş kiçik qardaşı Qizo da olub. Kriminal aləmdə Rəşad Gəncinkski kimi tanınan və bu yaxınlarda taclandırılan Rəşad İsmayılov da polisin xüsusi əməliyyatı nəticəsində yaxalanıb.

Polisin məlumatına görə, "sxodka" iştirakçıları kriminal aləmdə nüfuzlarının qorunub saxlanması məsələsini müzakirə etməyə toplaşıblar.

Polis həmçinin onu da bildirib ki, saxlanan 3 "qanuni oğru"dan ikisi Rusiyada qeyri-leqal yaşayıb.

Onların yaxın zamanda ölkədən çıxarılması gözlənilir. Hələlik isə Xamovniçeski məhkəməsinin qərarına əsasən onlar xüsusi məntəqədə saxlanılır.

Həmin məntəqədə onların həmkarı olan Sumbat və Valera Tbilisski də saxlanılır.

Xatırladaq ki, Qizo Kardava ötən ilin noyabrında qanunsuz miqrant kimi Rusiyadan çıxarılıb. Mamuka Çkadua isə aprel ayında Abxaziyaya deportasiya edilib. Ancaq onların təzədən Rusiya ərazisinə qeyri-leqal yollarla qayıtdığı bildirilir.

Azərbaycanlı "qanuni oğru"ya gəlincə isə, R.Gəncinski həmin vaxta qədər heç bir qanun pozuntusuna yol verməyib. O, ilk dəfə olaraq həmin "sxodka"da polislə qarşılaşıb. Ancaq hüquq- mühafizə orqanlarının əməkdaşlarının bildirdiyinə görə, R.Gəncinski barədə onlar çox eşidiblər.

Elnur
AzNews.az
image description image description image description