Qanunsuz yolla gətirilmiş dərman preparatları aşkar edildi

Bakıda qanunsuz yolla gətirilmiş xeyli sayda dərman preparatları aşkar edilib. Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Daxil olmuş əməliyyat məlumatı əsasında Aksiz Gömrük İdarəsinin və DGK Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat idarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, "Azadlıq" metrostansiyası yaxınlığında Azərbaycan vətəndaşı 1959-cu il təvəllüdlü, Masallı rayonu, Boradigah qəsəbə sakini Musayev Malik Mirzə oğlundan ölkə ərazisinə qanunsuz yolla gətirilmiş 2 ədəd karton yeşikdə hər birində 10 kapsula olmaqla 4480 konvalyut (ümumi sayı 44800 kapsul) dərman preparatları aşkar edilərək götürülüb.



AzNews.az