Lənkəranda oğru dəstəsi zərərsizləşdirilib

Lənkəran polisi oğurluqla məşğul olan dəstəni zərərsizləşdirib.
Notariusdan oğurluq hadisəsi dekabrın 22-də baş verib. Gecə saatlarında 1 saylı notariat kontoruna pəncərədən girmək yolu ilə 2660 manat pul oğurlanıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Lənkəran şəhər polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu qabaqcadan əlbir olaraq törətmiş şəhər sakinləri Əli Ramazanov, Şəhriyar Həsənzadə, Göyşaban kənd sakini Rəşad Bağırov, İqbal Kərimov tutularaq istintaq orqanlarına təhvil veriliblər.

Müstəntiq Toğrul Hüseynovun ANS PRESS-ə verdiyi məlumata görə, istintaq zamanı həmin şəxslər bundan başqa Ləvəngi dairəsində yerləşən avtomaşın təmiri sexindən içərisində 4700 manat olan dəmir seyfi oğurlanıb. "Pul çıxarılandan sonra seyf su kanalına atılıb".

"Dostlar" bundan əlavə Göyşaban kəndi ərazisində Cəlal Azadova məxsus stamatoloji kabinetdən 1 ədəd televizor və ötürücü oğurlayıblar.

Dəstə üzvlərinin dekabrın 24-də 2 saylı poçt məntəqəsinə oğurluq cəhdləri isə uğursuz alınıb. Yeniyetmə oğrular Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin binasında oğurluq edərkən saxlanılıblar.

Artıq faktla bağlı cinayət işi başlanıb,araşdırma gedir.


AzNews.az