- Köhnə - Kriminal
- 28 Dekabr 2013 12:14
- 2 109
79 yaşlı kişi arvadını döyərək öldürdü

AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 27-də Yevlax rayonu Nemətabad kəndindəki evində Əziz Əsədov ailə münaqişəsi zəminində arvadı Rəfiqəni küt alətlə qətlə yetirib.
Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Əsədov tutulub.
Qeyd edək ki, Əziz Əsədov 1934-cü il təvəllüdlüdür.
Faktla bağlı Yevlax rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
AzNews.az