Bakıda naməlum şəxs intihar etdi

Bakının Nizami rayonunda intihar hadisəsi baş verib. "Axar.az"ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, metronun Qara Qarayev stansiyasının yaxınlığında yerləşən binaların birində 40-45 yaşlarında bir şəxs özünü 5-ci mərtəbədən atıb. Hadisə nəticəsində intihar edən şəxs yerindəcə keçinib. Hadisə yerinə polis əməkdaşları gəlib. Əlavə məlumatlar veriləcək.

AzNews.az