Azərbaycanlı Sankt-Peterburqda iki nəfəri güllələdi

Rusiyanın Sankt-Peterburq şəhərində, "Prospekt Veteranov" metro stansiyasının ətrafında baş verən atışmada 2 nəfər yaralanıb.

APA-nın xəbərinə görə, hadisə mayın 5-də saat 23.00 radələrində baş verib.

Şahidlər bildiriblər ki, iki sürücü bir-birinə yol verməyib və nəticədə gərginlik yaranıb. Sürücülərdən biri - dağıstanlı olduğu bildirilən şəxs travmatik tapança ilə digərinə atəş açıb. Azərbaycan vətəndaşı olan digər sürücü isə əsl döyüş tapançası çıxararaq cavab atəşi açmağa başlayıb. Nəticədə dağıstanlı sürücü və münaqişəyə müdaxilə edən marşrut taksisinin sürücüsü yaralanıblar. Azərbaycanlı hadisə yerindən qaçıb. Hazırda onun tapılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

AzNews.az